قادينلار زنان

YS یونس شاملی

قادین گونو... نه اوچون؟ قادینا قارشی تزیق اوچون، قادینا قارشی حاق‌سیزلیق اوچون، قادینا قارشی حوقوقسوزلوق اوچون، قادینا قارشی عدالت‌سیزلیک اوچون، قادینا قارشی کولتور اوچون، قادینا قارشی تاریخ اوچون، قادینا قارشی سایقی‌سیزلیق اوچون و قادینا قارشی...! 

نه اوچون قاداین لا بو شیوه‌ده داورانیلیر؟ قادین بیگانه بیرسی‌دیر می؟ باشقا بیر کوره‌دن گلمیش بیری‌سی‌دیر می؟ کیشی یه قارشی بیری‌سی‌دیر می؟ توپلومداکی رولو نئقاتیودیر می؟ بو سیرالادیغیملار دوز دئییرسه، نئ اوچون قادین یوخاری‌دا سیرالادیغیم تزیقلره معروض قالیر؟

 

عجاییب اولان بودور کی، قادین ائوده، آایله‌ده، سئوگیلی لیکده، بیری‌سینین قیزی اولدوق‌دا.... سئویم‌لی، سایقی‌لی و حتی موققدس بیرسی تانینیر، تامامیله موثبت بیر ائتگی‌ده بولونر... بیر آنا کیمی، بیرینین قیزی کیمی، بیر سئوگی‌لی کیمی، بیر باجی کیمی، بیر یولداش کیمی و...! اما توپلوما گئلدیک‌ده، قادینین پوزیسیونو تامامیله دئییشیلیر! نئقاتیو بیر معنا ایله بولاشیر. توپلومسال کولتور اونا (آنایا، باجییا، سئوگی‌لییه، قیزینا و...) خور باخیر، حوقوقسوزلوغا اوغراییر، کیشی ایله قیاس‌دا، بیر آشاغی موقئیه دوشور، عائله‌ده دوشوک بیر موقئئ اولور، اونا نئقاتیو باخیش آرتیر، اونا سئکسیتی باخیش اوستون بیر موقعی توتور، دین گؤزون‌دن او یاریم اینسانا چئوریلیر، و عنعنوی توپلوملاردا اونا حتی نیفرت گؤزی ایل‌ده باخیلر و...!!

نه اوچون؟ دوغرودان قادین کیم‌دیر؟  

قادین، بیر کیخینین آناسی، یا اونون قیزی، یا اونون سئوگی‌لی‌سی، یا اونون باجی‌سی، یا اونون یولداشی و... دئییر می؟

 

بو کومپلکس (قادینا ایکی زیدیت‌لی باخیش) ائن آزی، مودئرن تاریخ‌ده، نئجه اساس‌لانا بیلر؟ بو کومپلکسین کؤکو هارا دایانیر؟ بو کومپلکس نئجه دوام ائده بیلیر؟

 

بورادا، اوچ عنصور رول اوینویورلار، قادین، کیشی، توپلوم. بو اوچ عنصوردن قادین بیر اینسان اولاراق، بیر قادین اولاراق حاقسیزلیغا اوغراییر. کیشی ایسه، بو حاقسیزلیغین آلتی‌دیر، و توپلوم بو آلتین داورانیشین سیستیماتیکلش‌دیریر و بیر کولتوره چئویریر. دئولت اونو قانونلاشدیریر و اقتصادی گوجلر بو قانونلاردان و او کولتوردن اؤز منفتلری یؤنون‌ده ایستیفاده ائدیرلر.

آمما، فئمئنیزیم، قادینا قارشی حاقسیزلیغین چیخیش یولو، قورتولوش یولودور، قادینا قارشی تزیقلرله موباریزه ائتمئک‌ده بیر سنگردیر. فئمئنیزیم قادینین توپلومسال موباریزه‌سینین جبهه‌سی‌دیر. فئمئنیزیم پاتریکارکالیزمین آلتئرناتیوی، دوزگون چؤزومودور، و گله‌جک توپلومون، قادین حاقلاری ساحه‌سین‌ده تجکه چیخیش یولودور.

 

فئمئنیزیم، هر توپلومون گلجیینه عدالت گتیره‌ن، و اینسانجیل دوزه‌ن وئره‌ن‌دیر، خاص گونئی آذربایجان یمیزا.

۲۰۱۴-۰۳-۰۶

Femenizi Qadın meselesinin çozüm yoludur

 

Yunus Shamili

Qadın Günü... ne üçün? Qdına qarşı təəziq üçün, Qadına qarşı haqsızlıq üçün, Qadına qarşı huquqsuzluq üçün, Qadına qarşi ədalətsızlik üçün, Qadına qarşı kültür üçün, Qadına qarşı tarix üçün, Qadına qarşı sayqısızlıq üçün və Qadına qarşi....!

 

Nə üçün Qadaın`1a bu şivədə davranılır? Qadın biqanə birsidir mi? Başqa bir kürədən gəlmiş birisidir mi? Kişiyə qarşi birisidir mi? Toplumdaki rolu neqativdir mi? Bu sıraladığımlar düz deyirsə, ne üçün Qadın yuxarıda sıraladığım təəziqlərə məruz qalır?

 

Əcayib olan budur ki, Qadın evdə, aailədə, sevgilikildə, birisinin qızı olduqda.... sevimli, sayqılı və hətta muqqədəs birsisi tanınır, tamamilə müsbət bir etgidə bulunr... bir ana kimi, birinin qızı kimi, bir sevgili kimi, bir baçı kimi, bir yoldaş kimi və...! Amma topluma geldikdə, Qadının pozisiyonun tamamilə deyişilir! Neqativ bir məəna ilə bolaşir. Toplumsal kültür ona (anaya, bacıya, sevgiliyə, qızına və...) xor baxır, huquqsuzluğa uğrayır, kişi ilə qiyasda, bir aşağı moqeyə düşür, ailədə düşük bir moqee olur, ona neqtiv baxış artır, ona sexsisti baxış üştün bir moqe tutur, din gözündən o yarım insana çevrilir, və ənənəvi toplumlarda ona hətta nifrət gözi ilədə baxılr və...!!

Nə üçün? Doğrudan Qadın kimdir?  

Qadın, bir kixinin anası, ya onun qızı, ya onun sevgilisi, ya onun bacısı, ya onun yoldaşi və... deyir mi?

Bu komplex (Qadına iki zidiyyətli baxış) en azı, modern tarıxdə, necə esaslana bilər? Bu komplexin kökü hara dayanır? Bu komplex necə dəvam edə bilir?

 

Burada, üç ünsür roll oynuyurlar, Qadın, kişi, toplum. Bu üç ünsürdən Qadın bir insan olaraq, bir qadın olaraq haqsızlığa uğrayır. Kişi isə, bu haqsızlığın alətidir, və toplum bu alətin davranışın sistimatikləşdiri və bir kültürə çevirir. Devlət onu qanunlaşdırır və iqtisadi güclər bu qanunlardan və o kültürdən öz mənfəətləri yönündə istifadə edirlər.

Femenizim, Qadına qarşı haqsızlığın çixiş yolu, qurtuluş yoludur, Qadına qarşi təəziqlərlə mubarize etmekdə bir səngərdir. Femenizim Qadının toplumsal mubarizəsinin cəbhəsidir. Femenizim Partiyrakalizimin alternativi, düzgün çözümüdür, və gələcək toplumun, qadın haqları sahəsində təckə çixiş yoludur.

Femenizim hər toplumun gələcəyinə ədələt gətirən, və insancıl düzən verəndir, xass Güney Azərbaycan`ımıza.

2014-03-06

این آدرس ایمیل توسط spambots حفاظت می شود. برای دیدن شما نیاز به جاوا اسکریپت دارید

 

 

 

 

در باره نویسنده:

Yunes Shameli  یونس شاملی

آخرین مطالب Yunes Shameli یونس شاملی