مبارزه جاري

İUmud Mehdianran cümhurbaşqanlığı seçimləri və bələdiyə şuraları seçkiləri 2017 ili May ayının 19-da gerçəkləşəcəkdir. Seçimlərə doğru hər iki seçkinin də adayları yavaş-yavaş bəlli olmaqda və artıq seçki çalışmalarına başlamışdırla belə.

Hər seçim öncəsi seçimlərə qatılıb-qatılmamaq və seçim stratejiləri qonusunda çeşidli düzeylərdə toplumun fərqlı qatmanlarında dartışmalar getməkdədir. Bu dartışmaların yazılı olaraq, siyasi suçlarmalardan uzaq, düzgün bir siyasi ədəbiyatla yapılmasının, siyasi ədəbiyatımızın və dilimizin gəlişməsinə qatqı sağlayacağı açıqdır.

İran İslam cümhuriyətinin mərkəziyətçi müxâlifləri genəl olaraq seçimiləri boykot etmək ilə etməmək arasında duraraq tavır almaya çalışmaqdadırlar. Onlar ancaq rejimin yıxılmasıyla ölkədə demokratik bir seçimin mümkün olacağını önə sürərək, rejimi yıxmağa odaqlanmamız gərkdiyini düşünməkdə və “Sərnegûni” (Devriliş) sözünü hardasa bütün sorunların çözümü kimi sunmaqdadırlar. Bəzi Azərbaycanlılar və Türklər də  “Sərnegûni” qavramından və rejimə məşrûiyət verməmək nöqtəsindən çıxış edərək bugünkü rejimdə gedən bütün seçimiləri boykot etmək gərəyini irəli sürməkdədirlər.

Mərkəziyətçi müxaliflərin bir bölümü də İran İslam rejiminin öz içindəki çatlaqları genişlətmək adına seçimlərə qatılıb rejimi içəridən yavaş-yavaş dəyişdirərək, ölkədəki siyasi rejimi ölkə içində və uluslarası səviyədə daha məşru və qəbul ediləbilir bir satndarda gətiməyi amcalamaqdadırlar. Bəzi Azərbaycanlılar və Türklər də “Sərnegûni” qavramından və rejimə meşruiyət verməmək nöqtəsindən çıxış edərək bugünkü rejimdə gedən bütün seçimiləri boykot etmək gərəyini irəli sürməkdədirlər. Elə bunların qaşısında olan bəzi Azərbaycanlı və Türklər də pis ilə pisraq arasında pisi seçərək vəziyətin varolndan daha da pisləşməsinə izin verməmək gərəyini düşünməkdələr

Qavram Olaraq Sərnegûni (Devriliş) və Rejim

Qonuya giriş üçün ilk öncə Rejim və Yıxma/Devirmə qavramlarını fərqli siyasi qruplar açısından anlamlandırmaq gərəkir. Siyasi rejim siyasi sistem ilə eşanlamlı olaraq qullanılmaqdadır. Ama mərkəziyətçi qüvvələrin rejimdən qəsd etiklər ilə mərkəziyətçi siyasətlərə qarşı olanlar açısından rejim eynidir mi? Xalqın Mücahidləri, Səltənətçilər, çeşidli sol siyasi paratiyalar və fərqli-fərqli mərkəziyətçi güclərin rejimdən qəsd etdikləri bugünkü hökumət sistemiykən, Mərkziyətçi olmayanlar (ədəmi-mərkəziyətçilər) açısından rejim “İran Dövlət-Milləti” rejimidir. Mərkəziyətçi güclərin çoxunluğu İran İslam Cümhuriyəti rejiminin yıxılmasını hardasa bütün sorunların çözümü olaraq görməkdə və sunmaqdadırlar

Mərkəziyətçi siyasi güclərin çoxuna görə var olan bugünkü siyasi hökumət sisteminin məzhəbî yönünü zəiflədərək daha milli və dünyəvi (sekülar) bir siyasi sistem qurmaqla sorunlar çözüləcəkdir. Mərkəziyətçi qüvvələr, fərqli yönədim modelləri ortaya qoysalar da, var olan mərkəziyətçi sistemin varlığını və var olan ayrımçılıqların dəvamını sorğulamamaqda və sorğulayanları ölkəyə xiyanət və düşmən olaraq tanımlamaqdadırlar.

İknici önəmli soru isə İran İslam Cümhuriyəti’nin yıxılmasıdır. İran İslam Cümhuriyəti’nin yıxılması və onun sonucları hərkəs üçün eyni mi olacaqdırʔ İran’ın içində və dışında İran adına var olan bütün qurumların mərkəziyətçi güclərin kontrolunda olduğunu düşünürsək, bu yıxılmadan doğacaq olan ehtimalî bir höküm sürmə yetkisinin var olan etnik və məzhəbî ayrımçılıqların dəyişməsinə qarşı olan mərkəziyətiçi siyasi qüvvələrin əlinə keçməsidir. Yani var olan bu şərtlərlə mərkəziyətçiliyi rədd edənlər açısından  çox önəmli  qazanımların olmayacağı görünməkdədir. Unutmamaq gərəkir ki rejimin yıxılmasını istəyən və başda gələn siyasi güclər İran İslam Cümhuriyəti’ni Fars olamyanlara qarşı çox xoşgörülü və yumşaq davranmaqla suçlayaraq İslam Cümhuriyəti’ndən onlara qarşı daha sərt davranmasını istəməkdədirlər. Yəni bu siyasi güclər İslam Cümhuriyəti’nə müxalif olmalarına baxmayaraq, İslam Cümhuyəti’nin teokratik və totaliter siyasi rejimiylə Azərbaycanılılara və Türklərə qarşı eyni cəbhədə yer almaqdadırlar. Ama məslə bu ki, mərkəziyətçliyə qarşı olan ictimai qrupların və  onların siyasi söyləmlərinin İranda’kı siyasəti etkiləmə gücləri hər keçən gün artmaqdadır. Buna görə də onların seçimlərdəki tutum (mövqe), davranış və tərcihləri önəmli olacaqdır.

Birinci soruya cəvab olaraq bunu bilmək gərəkir ki, İran’da var olan siyasi rejim vəya İran dövlət-milləti iki Şiəçilik və Farsçılıq sütununa daynmaqdadır. Bu iki ünsür modern İran dövlət-milləti qurulduqdan sonra Pəhləvilər və İran İslam Cümhuriyəti’ndə dəvam etməkdədir. Sadəcə bunu demək olar ki, Pəhləvilər’də Farsçılıq və Ârî ırqçılığı Şiəlik’dən öndə gəlməkdəydi. Yəni ayrımçılığın rəngi daha çox etnik, ıraqsal və təbii ki, sınıfsal idi. Ama İran İslam Cümhuriyəti’ndə bu sıralama dəyişərək ayrımçılığın rəngi daha çox məzhəb yönlü olmuşdur. Bu o demək deyil ki, İslam Cümhuriyəti’ndə ırqçılıq, etnik və sınıfsal ayrımçılıq son bulmuşdur. Əslində İran dövlət-milləti ırqa və məzhəbə dayalı rejimini dəvam etdirməkdədir. Bu açıdan baxınca İran opozisyonunun rejimi yıxma sloqanı, sadəcə İslam Cümhuriyəti’ni hədəf almaqdadır. Rejimin əsasları olan Şiəlik və Farsçılığı —yəni ırqçılığı və özəlliklə Türk düşmənliyini— yıxmaq fikirində deyil. Yəni bizim rejimi yıxmaqdan anladığımız İran’da ırqçı və məzhəbçi yapının tamamən yıxlması və bizim öz qədər və gələcəyimizi bəlli etmə haqqımızın olmasıdır. Bu açıdan baxınca bizim İran opozisyonuyla bir arada hərəkət etməmiz imkansız görünməkdədir. Elə bu nöqtədən hərəkət edincə bimiz seçim stratejilərimiz ilə İran opozisyonunun seçim stratejiləri arasında fərq olmalıdır.

İkinci soruya, yəni İran İslam Cümhuriyəti’nin yıxlması nə anlama gəlməkdədir sorusuna gəlincə isə, Fars və mərkəziyətçi siyasət ilə bizim gözləntilərimizin eyni olmadığı ortadadır. İran mərkəziyəçi opozisyonu rejimin ırqa dayalı dövlət-millətləşməsini ələşdirməməklə qalmayıb, hardsa ırqçılığı, ayrımçılığı və Fars etnikinin üstünlüyünü bütün siyasi fəaliyətlərinin ana xətti halına gətirmişdir. Bu da o deməkdir ki, İslam Cümhüriyəti yerinə iqtidar və yönətməyə aday olan mərkəziyətçi opozisyon Türklərə qarşı düşmənlikdə İran İslam Cümhuriyəti’ndən də acımasız olabilər. Ayrıca Güney Azərbaycan və İran’ın başqa bölgələrində yaşayan Türklərin uluslarası alanda görəcəli  olaraq məşuriyəti olan güclü bir təmsilçisinin olmaması da İran’dakı hər hansı bir dəyişiklikdə Türklərin gələcəyini bəlirsiz qılmaqdadır. Bu bəlirsizlik siyasal sistemin bütün çəkilməzliyinə baxmayaraq içəridə yaşayan insanlar tərəfində bəlirsizliyin tərcih edilməməsinə nədən olmaqdadır.

Alternatifin olmaması doğal olaraq İslam Cümhuriyəti’ni yıxıb-devirmək (Sərnegûni) stratrjisini də anlamsız qılmaqdadır. Təbii ki, bu məsələ durumun belə qalacağı anlamına gəlmir. Ama vəziyəti doğru-düzgün anlamaq sloqanlardan uzaq təhlilləri gərəkli qılmaqdadır.

Sərnegûni məsələsindən çox daha önəmli olan və unudulan qonulardan biri də, bu yıxılmanın sadəcə ölkə içi mekanizmalarlara bağlı olamamsıdır. İran İslam Cümhuriyəti’nin yıxılması üçün iç şərtlər qədər bölgəsəl və kürəsəl şərtlərin də oluşması gərəyi birçoxumuza açıqdır.

Bugün etibarıyla G. Azərbaycan və Türkçülük söyləmi özünü ciddi bir alternatif kimi yerəl, bölgəsəl və kürəsəl olaraq orataya qoyamadığından yıxıcılıq stratejisindən hərəkət etmənin nə qədər keçərli olacağını bir daha dərindən düşünmək gərəkir.

Seçkilərə Qatlmaq vəya Qatılmamaq

İran İslam Cümhuriyəti’ndə keçmiş Pəhləvilər dönəmində olduğu kimi vətəndaşların özəlliklə Fars və Şiə olamayan vətəndaşların yönədimə sınırsız və özgürcə qatılımından söz ediləbilməz. İslam Cümhuriyəti, Qoruyucular Konseyi (Şûrâ-yı Nigəhban) və başqa qurumlarını qullanaraq qatılımı istədiyi düzey və alanlarda tutabilməkdədir.

Qatılım qonusunda diqqət edilməsi gərəkən başqa bir qonu da seçkilərin özü və mahiyətiylə ilgilidir. Ortda iki seçki vardır: Biri mərkəzi yönədimi bəlli edəcək cümhurbaşqanlığı seçimləri və obirisi sınırlı olaraq söz sahibi olmaq üçün də olmuşsa belə şəhər yönədimində söz sahibi olmaq üçün yapılacaq olan seçkilər. Bu iki seçkini bir-birindən ayrımaq lazımdır.

Qatılımıda başqa önəmli məsələlərdən biri də seçki propaqandası sürəci, seçim atmosferinin yaratdığı görəcəli açıq siyasi və güvənlikçi (əmniyətî) oratamın toplumsal hərəkətlər üçün sunduğu fürsətdir. Eyni halda seçkilərdə sandığa getmək ilə sanıdığa qədər olan sürəci də bir-birindən ayrıararaq yaranmış ortamdan toplumsal və siyasal söyləmi gəlişdirmək və genişlətmək üçün yararlanmaq məsələsi önəmlidir. Bu açıdan baxınca cümhurbaşqanlığı seçimlərində sandığa getməmək önəmli bir siyasi davranış olabilər. Əski cümhurbaşqanının Türklərə ve G. Azərbaycan bölgəsinə verdiyi sözlərinin hardasa heç birini tutmaması ona oy verməməyi gərkəkli qılmaqdadır. Cümhurbaşqanı adaylarına baxınca məncə yenə də sandığa getməmək ən yaxşı davranış olabilər. Yeni adylara oy verməməklə birlikdə onlara ikinci dövrədə şərtli oy vermək kimi  bir mekanizma gəlişdirmək də olar. Yəni  yeni adaylardan hər hansı biri qazanarsa, qazansın bizim istəklərimizə qarşı tutumu və uyğulamalarının ikinci dönəm üçün bir meyar olacağını analatmaq və ortaya qoymaq kimi bir mekanizma. Cümhurbaşqanlığı seçkilərində mərkəzin siyasətləri və siyasi rejimin məşruiyəti söz qonusudur. Bu nədəndən dolayı da Cümhurbaşqanlığı seçkisində bir bölgədən az oy çıxmsı, mərkəzin siyasətlərinə güvənsizliyin göstəricisi olaraq və mərkəzin siyasətlərini rədd etmək anlamında önəmli olabilər. Bu açıdan baxınca G. Azərbaycan Milli Hərəkəti və Türkçü hərəkət Cümhurbaşqanlığı seçimində xalqı sandığa getməməyə iqna edəbilmək üçün mərkəzin tezlərinə qarşı anti-tezlər qoyabilməlidir.

Şəhər Şurası Seçkiləri

Şəhər Şurası və Cümhurbaşqanlığı seçkiləri arasındakı ən önəmli fərqlərdən biri seçmən davranşlarının fərqliliyidir. Cümhurbaşqanlığı seçimlərilərində genəl olaraq cümhurbaşqanının ölkədəki ekonomik, siyasal, ictimai vəziyəti yaxşıladacağına dair proqramları, sözləri, vədələri və ideolojik olaraq yer aldığı cəbhəyə görə seçmənlər oy verməkdədir. Əlbət Fars olmayan bölgələr və güclü sosyal hərəkətlərə sahib olan bölgələrdə cümhurbaşqanın etnik kimliyi, bölgənin sorunlarına necə yanaşması və bölgə ilə ilgili tarixi ilişkilər də seçmən davranışlarında önəmli rol oynamaqdadır.

Şəhər Şurası seçkilərində isə seçmən davranışları şəhərdən şəhərə dəyişməkdədir. Hər şəhərin sorunları və öz durumu seçmənlərin davarnaşlarını etkiləməkdədir. Önrəyin Azərbaycan’ın batı bölgəsində etnik kökən və məzhəbsəl kökən önəm qazanmaqdadır. Veya başqa bölgədə iki qonşu şəhərin tarixi rəqabəti seçmən davranışlarına yansımaqdadır. Şəhər Şurası seçkilərində ən önəmli seçmən davranışlarından biri də tayfa və el ilişkiləridir. Təbii ki, seçmən davranşıları ekonomik, kültürəl və genəl olaraq sosyolojik fərqliliklərə görə dəyişməkdədir. Ama genəl olaraq hələ də tayfa və el ilişkilərin ləyaqətlilik və işin əhli olmaqdan öndə gəldiyi bölgələr vardır. Bu seçmən davranışı toplumun demokratik gəlişimi üçün bir sorun təşkil etməkdədir.

Şəhər Şuraları Seçimləri Demokrasi Bağlamında

Demokrasi bir model və sistem olmasıyla yanaşı bir kültür və gələnək məsələsidir. Demokrasinin yuxarıdan dövlət əmriylə toplumda yerləşdirilməsinin mümkün olub-olmaması çox dartışmalı məsələdir. Ama hardasa bütün sosyal bilimçilərin üzərində anlaşdığı xüsus, demokrasinin aşağıdan-yuxarıya doğru oluşması, gəlişməsi və özünü dizayn etməsidir. Bununla birlikdə yerəl seçimlər demokratik gəlişimin ana nöqtələrindən birini oluşdurmaqdadır. Domokrasinin bir kültür və gələnək halına dönüşməsi üçün yerəl mekanizmaların gücləndirilməsi və yerəlin özünü yönətmə gücünə qovauşması gərəkir. Ayrıca yerəlin öz yaşamını və yaşam çevrəsini (muhitini) tasarlamağa qatılması demokrasinin özüdür. İran İslam Cümhuriyəti’ndə seçimlərin demokratik üsullardan çox-çox uzaq olmasına və ən ləyaqətli adayların seçimlərə qatılabilməməsinə baxmayaraq yenə də Şəhər Şurası seçkiləri demokratik kültürün gəlişməsi yönündə bir təmrin və vərdiş kimi önəm qazanmaqdadır.

Şəhər şuraları seçkilərinin bir başqa özəliliyi də yerəldəki siyasi və ictimai hərəkətlərin özlərini demokratik üsullara və yöndəmlərə dayanaraq göstərmələri və qamu oyunu qazanmaq üçün şəhər yaşamı qonusunda söyləm gəlişdirmək zorunda olmalarıdır. Şəhər Şuraları seçimlərində tayfabazlıq kimi seçmən davranışları var olsa da, seçkilərin təkralanmasıyla və rəqabətin aratmasıyla seçmənlərin siyasi və demokratik bilincinin yüksəlməsi də söz qonusu olabilər. Bu seçimlərin G. Azerbaycan coğrafiyasında etkin olan söyləmlərin yarışı olduğunu düşünəcək olursaq, bu söyləmlərin yarışı siyasi bilinci, şəhər yaşamı bilincini gəlişdirəcəyini də öngörmək olar. Söyləmlərin yarışması tayfa-tanış yerinə “ləyaqət” (Meritokrasi) ilkəsinə görə oy vermə kültürünün gəlişməsində də önəmli rol oynuyacağı sanılmaqdadır. Güney Azərbaycan milli söyləmi və Türkçülük söyləmi bu seçkilərə ümumi yarar və mənfətə dayalı söyləmlər gəlişdirərərk qatılarsa, bu tayfaçılıqla da hesablaşma fürsəti yaxalayıb ləyaqət ilkəsinə önəm vermə kültütürünü gəlişdiərəbilər. Bu hesablaşmanın hansı oranda başarılı olacağının isə ortaya qoyulan söyləmə və zamana, yəni təcrübəyə bağlı olduğu açıqdır. Bu açıdan da yerəl seçkilərə qatılmaq görəcəli olaraq bir demokrasi təmrini kimi də görüləbilər

Seçkilər və Milli Hərəkət Söyləmi

Hərəkət’in bu seçkilərə öz söyləmiylə qatılması onun bir siyasi oyunçu kimi siyasi oyuna qatılmasını gərəkli qılmaqdadır. Bu siyasi oyuna qatılmağın Hərəkət’i bir siyasi aktor halına gətimək açısından yararları olduğu kimi zərərləri də olabilər. Çünkü siyasi oyunda qazanımlar qədər utuzmaqları da hesaba qatmaq gərəkir. Burada əldə ediləcək qazanc sadəcə seçimi qazanamq olmayacaq. Hərəkət’in  siyasi söyləmini sınaqdan keçirməsi, toplum ilə paylaşması, gəlişdirməsi, siyasi oyunun qurallarını və mekanizmasını və idarəçiliyi öynəməsi də başlı-başına qazanc olaraq görüləbilər. Bu yolla Hərəkət’in özünə bəlli bir alan açabiləcəyini də gözdən qaçırmamaq gərəkir. Təbii ki, bu məsələnin Hərkət adına seçimə qatılanların söyləmlərindən asılı olacağı qədər onların tərafdarlarının söyləmləri, davranışları və topluma yaxınlaşma biçimləri də önəmli olacaqdır. Seçkilərdə utuzmaq təmamıyla bir zərər hesab edilməməlidir. Seçkilərdə utuzmaq durumunda bunun gələcək dönəmlər üçün bir dənəyim olmasını sağlamaq gərəkir. Sonuc olaraq yerəl seçimlərə qatılmaq və sonucları bilimsəl olaraq dəyərləndirmək Hərəkət açsında yeni qapıların açılmasına nədən olacaqdır. Başqa bir tərəfdəndən Hərəkət’in öz aday və söyləmiylə qatılımı onun  oyun quruculuq gücünü də sınağa çəkəcəkdir.

Ayrıca unutmamaq gərək ki, İran dövləti bir rant dövlətidir. Yurddaşlar istər-istəməz bu rantlardan yaralanmaq qonusunda bir yarış içindədirlər. Bu artıq pay yarışı sadəcə yurddaşlar açısından deyil, eyni zamanda bölgələr arasında da rantlardan pay almaq qonusunda bir yarışma getməkdədir. Bu açıdan baxınca Hərəkət’in bu rantlardan  pay almaq istəyən şəxslərin oyuncağı olmaması üçün də olmuşsa, öz adaylarını və öz söyləmini ortaya qoyaraq bu seçkilərə qatılması gərəkir. Obiri yandan da bölgələr arasında olan pay alma çabasını da bölgələr arasında düşmənliyə yol vermədən yönədəbilməlidir.

Təbii ki, məsələ sadəcə seçmək ilə bitmir. Şəhər Şurası seçkilərindən sonra seçilmişlərin, seçənlər tərəfindən dənətlənməsi, sorğulnması və seçilmişlərin sorumluluq qəbul edərək seçmənlərinə qarşı cəvab verəbiləcək mekanizmaları yartmaları da çox böyük önəmə sahibdir. Yəni bu demokratik sücəcin işləməsi üçün seçmən ilə seçilən arasındaki ilişkinin sürəkliliyi və qarşılıqlı sorumluluğa dayanması şərtdir.

Siyasətin görəvləindən biri sorunların çözümünə yönəlik siyasət ürətməkdir. Bu siyasət havada ürədilməz. Siyasət toplumun daban və tavanını hesblayaraq o uzamı (fəzanı) doldurabiləcək və uzama  yeni ortaq yarar tanımlayacaq söyləm ilə yapılar. Şəhər Şuraları seçimlərinə qatılmaq bu siyasəti ürətmək və ortaya qoymaq açısından önməli bir girişim olabilər.

Söyləmin teorik yönünün önəmini unutmamaq gərəkir. Çünkü teorik çalışmalara və bilgilərə sahib olmayanların  praqmatik çözümlər ürətəbiləcəklərində şəbhəylə yanaşmaq gərəkir. Yani adayların öz alanlarında terorik bilgi və çalışmalarının praqmatik uyqulamalar ürətmək  açısından olmazsa-olmazlarından olduğu bilmək gərəkir. Bunun üçündə Şəhər Şurası’na aday olanların şəhərçiliklə ilgili bilimsəl yetərliyiə sahib olmaları ən gərəkli olan özəlliklərdən biridir. Bunu sadəcə teknik olaraq mühəndislik bilgisiylə sınırlamaq olmaz. Adyların şəhərli bir mühəndislik atölyesi və şantiyesi kimi görməsi onların şəhərçiliklə ilgili yetərsiz olduqlarının ən böyük dəlilidir.

Buradan yola çıxaraq şəhrə yönətməyə aday olanların necə bir şəhər  və şəhərçilik anlayışları olduğunu bilmək də bütün seçmənlərin haqqıdır. “Mən Türkçüyəm”, “Mən Azərbaycançıyam” demək və Türkcə iki-üç təbliğat ilə olacaq iş deyil bu. Adaylar bölgənin etnik yapısına, dilinə, tarixinə və bütün olaraq şəhərin kimliyinə sayğlı olmalı və şəhərlərimizi kültürəl və ekonomik olaraq zənginləşdirəbiləcəklərini ortaya qoymalıdırlar. Bunun üçün də Şəhər Şuraları seçimlərinə aday olaraq qatılanlar, necə bir şəhər istədiklərini ortaya qoymalıdırlar. Şəhər alanlarını hamının qullanımı üçün uyğun hala gətirmək, şəhərlərimizin yaşıl alanlarını çoxlatmaq, tıxac (trafik) sorunlarına çözüm ürətmək, şəhərləri əngəlli vətəndaşların qullanımı üçün  avandlaşdırmaq, şəhərlərin tarixi yapılarını qorumaq üçün plan və uyğulamaların yolunu aramaq, şəhərləri bir ekonomik birim olaraq daha canlı hala salmaq, eyni halda şəhərlərimizin kimliyini qorumaq və onlara kimlik qazandırmaq kimi plan və proqramlar ilə seçkilərə qatılımaq şübhəsiz ki, rəqabətin eləcə istəklərin səviyəsini də daha irəli bir nöqtəyə aparacaqdır.

Umud Məhdian

2017-04-10

Lahe

___________________________________________

* Yazının editi üçün Sayın Toğrul Atabay’a  təşəkkür edərim.

Seçimlər 2017

İran cümhurbaşqanlığı seçimləri və bələdiyə şuraları seçkiləri 2017 ili May ayının 19-da gerçəkləşəcəkdir. Seçimlərə doğru hər iki seçkinin də adayları yavaş-yavaş bəlli olmaqda və artıq seçki çalışmalarına başlamışdırla belə.