تریبون

Videos

اٶزل / ويژه

Nasimi Araz

- Millətimizin son yüz ildə azadlıq yolunda ortaya çıxardıği hər bir devrim istəgi, qanlı və qara günlərlə sona çatmışdır. Bu devrimlərin sonucsuz qalmaq nədənləri birbirindən fərqli olsada, bir şeydə ortaq olmuşlar. Hamısi uzun bir sürə dözümdən sonra, bir Vulkan kimi baş qaldırıb, partlayıb, bütün gücünü  birdən boşaldıp və onsuz ki istədigi sonuca çatsın, solub, sönüb və susdurulubdur. Daha doğrusu, zülmə qarşı candan geçsədə, amma istənilən sonuca çatmamışdır.

 

-Keçmişdən təcrübə ögrənməyən duyğusal hərəkətlərin sonucu bundan artıq olmur. İnsafli olsaqsa, cana gəlmiş Kütlədən bundan artıq gözləmək yalnışdır.

Bir toplumun aydınlari, Elin Kütlənin yanında olanmırsa və ona yol göstərib etgiliyə bilmirsə, tarixin aci təcrübələri yenidən təkrar olunacaq.

Oyaq kütlənin var olduğu nə qədər önəmli və gərəklidirsə, bir o qədərdə düz yol göstərən aydınların rolu önəmlidir. O millət ki öz aydınlarını qoruyub saxlamağı bacarmasa acı tarixin təkrarını yaşayacaqdır.

 

 

-Güney Az. çağdaş Milli azadlıq hərəkati irəliyə atdımladıqca, yeni dönüş dönəmlərini təcrübə etmədədir. Bu yolda bizləri irəliyə sürən, gənəlliklə əxlaq və insanlıq ölçülərimizdir. Bunlar  çox umumi qaydalar olduğuna görə, yazılmamış qanun kimi, necəligi hər kimsədə dəyişikdir. Birində az, birində çox, və birindədə heç yoxdur. Daha doğrusu bəlli bir qanun qayda və prensip ortada görünmür. Elə iysə kimsənin nə dedigi və nə etdiginə bir ölçü qoymaq imkanida yoxdur.

 

-Dinçi, yaxud hər hansı bir siyasi dünya görüşünə inananların, bəlirli və aydın yol görsədən prensipləri (Təməl və Dönülməz inanclar və qaydalari) vardır.

Bizim iysə milli tərpənişimizdə prensiplərin olmadıği, yaxud aydın olmadığına görə, yoldan keçən hər kəs bildigini və sevdigini edir onsuz ki doğrunu yalnışdan seçməgə bir ölçümüz olsun. Qapısi açıq bir ev kimi, ki dostda (istər ağılli, istər ağılsız), düşmanda rahatcasına gir çıx edə bilir. Yetər ki popular şuarlarınan meydana girib və heç bir ölçü olmadan gedişati ələ keçirsin. Nə yazıq ki bu arada, İstiqlalçı yaxud Federalçi olmaq, tamamiylə  yalnışcasına  bir  ölçüyə  çevrilir.

Məncə belə bir hərəkatın aydın gələcəginə çox çətin umud bağlamaq olar.

 

-Saygısızlıq, İnsanların özəl həyatına toxunmaq, onlari incidib pasivləşdirmək və meydandan çıxartmaq, popular şuarlar iylə aşırı davranmağa yol açmaq (Hizbullah və Mucahid kültürünü milli hərəkətə gətirmək), bu gün milli hərəkatın ən qorxunc bəlasıdır.

-Belənçi təhlükəli bəlalar qarşısında, Aydınlarımızi qoruyub, dəyərləndirip və onlara arxa olmaq, bütün ağıllı vətən sevənlərin borcudur.

-Aydınlarımızada yaraşır ki mənəmlik və şəxsi çıxarlarıni bir qırağa qoyub və umum milli mənfətlər uğrunda atdım atıb, bir biri iylə iş birligi etsinlər.

-Milli  hərəkətin  Aydınlar və Elitə  əli iylə  idarə olunma  zamani,  və  onların  əli iylə

gərəkli prensiplərin yazılma zamanı çoxdan gəlib çatmışdır. Bu günki durumumuzda, gərəkli və ölçü verən prensiplərin yeri doğrudanda boşdur.