آذربایجان پوئماسی

Azərbaycan Poeması

 

 

 

سن آذربايجان سؤيله ، ‌نچون آذر به جان اولدون

Sən Azərbaycan söylə nəçün azər be can oldun?

اونوتدون اؤز درين دردين يادين دردين آلان اولدون

Unutdun öz dərin dərdin, yadın dərdin alan oldun

چتين گونلرده ايرانين بلاسيندا يانان اولدون

Çətin günlərdə İranın bəlasında yanan oldun

وئريب ائولاديني قوربان اؤزون يالقيز قالان اولدون

Verib evladıvı qurban,  özün yalqız qalan oldun.

ياشيل يوردوم باهار ايكن نه‌دن سولدون خزان اولدون

Yaşıl yurdum, bahar ikən nədən soldun xəzan oldun

 

 

گئچن يوز ايلده يوزلر يول دؤيوشدون مين يارا گؤردون

Keçən yüz-ildə yüzlər yol döyüşdün min yara gördün

داياندين سينمادين ـ دؤزدون وفا ائتدين جفا گؤردون

Dayandın, sınmadın dözdün, vəfa etdin cəfa gördün

كيمين چكدين بلاسين سن همان يئردن بلا گؤردون

Kimin çəkdin bəlasın sən həman yerdən bəla gördün

سويولدون ، پاي بؤلوش اولدون ياد اللرله تالان اولدون

Soyuldun, pay-bölüş oldun yad əllərlə talan oldun

سن آذربايجان سؤيله نچون آذربجان اولدون

Sən Azərbaycan söylə nəçün azər be can oldun

 

 

دؤيوشدون ، دوشمنه غاليب گليب مشروطه‌ني آلدين

Döyüşdün, düşmənə qalib gəlib meşrutəni aldın

قيزـ اوغلان قهرمانلارلا آدين ديلد‌ن ديله سالدين

Qız-oğlan qəhrəmanlarla adın dildən-dilə saldın

سونوندا يادلارا اويدون الي بوش چاره‌سيز قالدين

Sonunda yadlara uydun, əli boş çarəsiz qaldın

بوتون ايرانه باش اولدون اؤزون باش‌سيز قالان اولدون

Bütün İranə baş oldun özun başsız qalan oldun

سن آذربايجان سؤيله ‌نچون آذربجان اولدون

Sən Azərbaycan söylə nəçün azər be can oldun

 

 

ايگيد «ستار»يوين قبري اياق آلتيندا غوربتده

İyit Səttarıvın qebri əyaq altinda qürbətdə

آدي سردار ملي دور ولي بوش سؤزده صؤحبتده

Adı “Sərdari Milli” dir vəli bosh sözdə-söhbətdə

وطن قوينوندا ياتسايدي ياشاردي اوج عيزتّده

Vətən qoynunda yatsaydı yaşardı oci-izzətdə

ايناندين فيتنه كار يادي اؤزون قبرين قازان اولدون

İnandın fitnəkar yadi özün qəbrin qazan oldun

سن آذربايجان سؤيله ‌نچون آذربجان اولدون

Sən Azərbaycan söylə nəçün azər be can oldun

 

 

ائديبدير پاي بؤلوش اؤزگه‌به پايين اولوبدور چول

Edibdir pay-bölüş mərkəz sənin payın olubdur çul

مين ايللر شاه اولساندا ديلين باغلي اولوبسان قول

Min illər şah olsanda, dilin bağlı olubsan qul

نه يين يوخدور دئييم يوخدور قوي اولسون ائللرين يوخسول

Nəyin yoxdur, deyim yoxdur, qoy olsun ellərin yoxsul!

دويوردون اؤزگه لر قارنين ائوينده آج ياتان اولدون

Doyurdun özgələr qarnın evində ac-qalan oldun!

سن آذربايجان سؤيله ‌نچون آذربجان اولدون

Sən Azərbaycan söylə nəçün azər be can oldun

 

 

سن اؤز فيكرينده اولسايدين بوگون بو گونده اولمازدين

Sən öz fikrinde olsaydın, bu gün bu gündə olmazdın

وفاسيز اؤزگه‌يه خاطير اؤزون مين درده سالمازدين

Vəfasız yadlara xatir, özün min dərdə salmazdın

«كوير»ين كندلري آباد ـ سن ويرانه قالمازدين

Kəvirin kəndlərin abad, sən viranə qalmazdın

گلنده هر جفا تيري بيرينجي سن نيشان اولدون

Gələndə hər cəfa tiri birinci sən nişan oldun

سن آذربايجان سؤيله نه چون آذربجان اولدون

Sən Azərbaycan söylə nəçün azər be can oldun

 

 

غازانخانلار سراييدين ـ قوجا شرقين چيراغيدين

Qazanxanlar sərayidin qoca şərqin çırağı idin

نيظاميلرـ فيضوليلرـ هونر علمين اوجاغيدين

Nizamilər, Fizulilər hünər-elmin çırağı idin

تمدنله ترقيله بيرينجي سن اياغيدين

Təməddünlə tərəqqilə birinci sən əyaq idin

يادا وئردين كهر آتين اؤزون آخسار چاپان اولدون

Yada verdin kəhər atın, özün axsar-çapan oldun!

سن آذربايجان سؤيله‌ نچون آذر به جان اولدون

Sən Azərbaycan söylə nəçün azər be can oldun

 

 

گووه‌ن ائولادينا آنجاق اؤزون قيل دردينه چاره

Güvən evladına ancaq, özün qıl dərdinə çarə

كؤنول وئرمه شكر ديللي هر آن اويناشلي ديلداره

Könül vermə şəkər dilli, hər an oynaşlı dildarə

فريلداقدير دئيه هر نه بوراخ گئتسين اوزو قاره

Fırıldaqdır desə hər nə  burax getsin üzü qarə

جانين قويدون سؤزون اوسته بو يولدا امتحان اولدون

Canın qoydun sözün üstə bu yolda imtahan oldun

سن آذربايجان سؤيله نچون آذر به جان اولدون

Sən Azərbaycan söylə nəçün azər be can oldun

 

 

پريشان سئوگيلي يوردوم سنه قوربان غريب جانيم

Pərişan sevgili yurdum sənə qurban sevən canım

توكنمز وارليقيم سن سن سنينله وار آديم سانيم

Tükənməz varlığım sənsən sən ile var adım-sanım

اؤزون چون بير اؤزون گؤستر ديريلسين شؤهرتيم شانيم

Özün çün bir özün göstər, dirilsin şöhrətim-şanım

گليب‌دير آزادليقين عطري اوگون كي سن عيان اولدون

Gələr azadlığın ətri o gün ki, sən əyan oldun

سن آذربايجان بير ده بو خئير ايشده گومان اولدون

Sən Azərbaycan birdə bu xeyr işdə güman oldun